Metroda səs-küy salan şəxs həbs edildi

Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “İnşaatçılar” stansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılıb.

Vaqondan düşürülən şəxs ərazi üzrə polis şöbəsinə aparılıb. Onun Tərtərin Kəbirli kənd sakini, Bakının Xəzər rayonunda yaşayan 1985-ci il təvəllüdlü T.Yusifov (şərti) olması müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxs Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə T.Yusifova 30 sutka inzibati həbs cəzası verilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More