Azərbaycana ucuz MAŞINLAR GƏTİRİLDİ

“Taksi” fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi 2024-cü ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb.

Oxu.Az xəbər verir ki, əgər ilin I yarısında bu ölkədən Azərbaycana 2 854 belə nəqliyyat vasitəsi gətirilmişdisə, noyabr ayında bu say 11 102-yə çatıb.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çin istehsalı olan belə avtomobillər ucuz olmaqla yanaşı, onların Azərbaycana daşınması da daha tez başa gəlir.

Diqqəti çəkən məqamlardan biri də Çindən gətirilən hibrid avtomobillərin qiymətinin getdikcə enməsidir. Belə ki, 2024-cü ilin yanvar ayında Çindən idxal olunan 1 ədəd benzinlə yanaşı, elektrik mühərrikli minik avtomobilinin orta qiyməti 31 571 dollar idisə, noyabr ayında bu göstərici 37% azalaraq, 19 923 dollar təşkil edib.

Ətraflı Baku TV-nin süjetində:

Azərbaycana ucuz MAŞINLAR GƏTİRİLDİ







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More