“Bər-bəzəyə yer yoxdur”: Stiven Kinq 2025-ci ilin “Oskar” mərasimini ləğv etməyə çağırır

Məşhur yazıçı Stiven Kinq sosial media səhifəsində 2025-ci il “Oskar” mərasimini ləğv etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

O, ABŞ-nin Los-Anceles şəhərində fəlakətli yanğınların yaşandığı bir vaxtda belə bir tədbirin keçirilməsinin düzgün olmadığını bildirib. Yazıçı etiraz əlaməti olaraq bu il “Oskar”da səs verməyəcəyini də bildirib.

“Bu il “Oskar”da səs verməyəcəyəm. Fikrimcə, o ləğv edilməlidir. Los-Anceles alovlanan bir vaxtda bər-bəzəyin yeri yoxdur”, – o bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More