Türkiyə Suriya ilə sərhədə ağır texnika toplayır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.
Qeyd olunur ki, Suriyanın Eyn əl-Ərəb (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfa vilayətinin Suruç bölgəsinə zirehli texnika və sursat göndərilib.
Şanlıurfanın Aligör rayonundan keçən hərbi konvoyun bir hissəsinin Suriya sərhədinə çatdığı bildirilir.
Portal ağır texnikanın görüntülərini də dərc edib.
Qeyd edək ki, bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd hərbi birləşmələrinə qarşı yeni antiterror əməliyyatının anonsunu verib.