Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayanıb

Rusiya və Gürcüstan sərhədində “Yuxarı Lars” keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik” yazır.

Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.

Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More