Gəncədə şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.

Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış.

İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More