Metroda sıxlığın azaldılması istiqamətində hansı işlər görülür?

“Metrodakı sıxlığın azaldılması bizim ən aktual problemimizdir”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

“Prezident İlham Əliyevin “Bakı Metropoliteni” QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir. Buna ilkin mərhələdə bizim intervalın azaldılması ilə nail olmağımız mümkündür. Bu isə bir neçə faktora əsaslanır.

Birinci ən mühüm faktorumuz “Qırmızı xətt”lə “Yaşıl xətt”in birləşdiyi “C.Cabbarlı”-“28 May” stansiyasında xətlərin ayrılmasıdır.

Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına kimi, “İçərişəhər” stansiyasından çıxan qatarlar isə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcəklər. Burada intervalları qismən azaldacağıq. Hazırda bizim bir depomuz “Bakmil” stansiyası ərazisində yerləşən “Nərimanov” deposudur. Yeni növbəti depomuz kimi Dərnəgül ərazisində “Yeni Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırılır. Həmin depo istifadəyə verildiyi zaman “Yaşıl xətt”in özünün müstəqil deposu olacaq və qatarların xəttə buraxılması ilə sərnişin sıxlığının azalması istiqamətində işlər aparılacaq”, – deyə sədr bildirib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More