Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd edilir ki, “Qərb” qoşun qruplaşmasının bölmələri Luqansk vilayətində Novoyeqorovka yaşayış məntəqəsini tutublar.

Bundan başqa, hərbi idarə bildirib ki, Rusiyanın “Mərkəz” qoşun qüvvələri Donetsk vilayətində Şevçenko yaşayış məntəqəsində nəzarəti ələ keçiriblər.

Xatırladaq ki, bundan əvvəl vilayətin Vozdvijenka kəndi və Pesçanoye yaşayış məntəqəsi nəzarət altına alınmışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More