Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı andiçmə mərasimi və səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə deyib.
Bundan əlavə, Putin bildirib ki, Rusiya və ABŞ arasında dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır, iki ölkənin mühüm rolu nəzərə alınmalıdır.
Rusiya prezidenti qeyd edib ki, Ukrayna münaqişəsi ilə bağlı ABŞ-nin yeni administrasiyası ilə dialoqa açıqdır.