Ka Ubuntu” hərəkatının sədri: “Müstəqil olmaq üçün iqtisadi asılılıqdan azad olmalıyıq

“Reyunyonda insanların 36 faizi Fransanın müstəmləkə siyasətinə görə yoxsulluqdan daha aşağı səviyyədə yaşayır”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” mövzusunda keçirilən beynəlxalq konfransda panafrikan siyasətçi, “Ka Ubuntu” hərəkatının sədri Romain Katambara deyib.

Onun sözlərinə görə, bu mübarizənin məqsədi Reyunyon dövlətinin yaradılması, sosial, iqtisadi ədalətin təmin olunmasına nail olmaqdır:

“Çünki biz bilirik ki, müstəqil olmaq üçün yoxsulluqdan, iqtisadi asılılıqdan azad olmalıyıq. Biz bunun üçün vaxtilə Fransanın quldarlıq siyasətinə qarşı mübarizə aparan insanların yolunu davam etdirməliyik. “Ka Ubuntu” hərəkatı olaraq, bizim mübarizə prioritetimiz panafrikan siyasətidir. Bizim mədəniyyətimiz, tariximiz Afrika qitəsi ilə bağlıdır. Biz istəyirik ki, artıq Qərbin imperialist siyasətindən əziyyət çəkməyək, Afrika ölkələri bu siyasətə qarşı birgə mübarizə aparsınlar. Əks halda, bizim siyasətimiz faydalı olmayacaq”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More