“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “Liderlər dairəsi: Enerji keçidinin maliyyələşdirilməsi – yeni üfüq” sessiyasında iştirak etdik”.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında məlumat verib:
“Uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr apardıq.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və yaşıl enerji keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirlərimizi bölüşdük”.
Prezident İlham Əliyevin (@azpresident) Davos İqtisadi Forumunda (@wef) iştirakı çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi – Yeni Üfüq” sessiyasında iştirak etdik. Uğurlu #enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin… pic.twitter.com/prbJswybXA
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 21, 2025