Rusiya Silahlı Qüvvələri Donetskdə daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat “Mərkəz” qoşun qruplaşmasının bölmələri tərəfindən həyata keçirilib.
“Hərbçilər düşmən ordunun müdafiəsinin dərinliyinə doğru irəliləməyi davam etdirib və Donetsk vilayətinin Volkovo yaşayış məntəqəsini nəzarətə götürüblər”, – deyə Rusiya müdafiə qurumundan bildirilib.
Xatırladaq ki, bundan əvvəl vilayətin Şevçenko, Vozdvijenka kəndləri və Pesçanoye yaşayış məntəqəsi nəzarət altına alınmışdı.