Bakıda sürücüləri çaşdıran yol nişanı – Necə olmalıdır?

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Tağı Şahbazi küçəsində sürücülərin yol nişanı ilə bağlı yaşadıqları problem haqqında məlumat verilib.

Qeyd edilib ki, küçəyə kəsişmədən daxil olan nəqliyyat vasitələrinin sürücüləri avtomobili yolun sağında saxlayıb-saxlaya bilməyəcəklərini bilmirlər.

Çünki dayanma-durmanı qadağan edən nişan bir qədər irəlidə qoyulub. Vurğulanıb ki, adıçəkilən küçədə nişanın əvvəldə olması çaşqınlıq yaradır:

“Əslində, burada qeyri-qanuni heç nə yoxdur. Sadəcə kəsişmədən daxil olan sürücülərin həmin nişanı görməməsi anlaşılmaz vəziyyət yaradır. Yaxşı olar ki, “dayanma-durma qadağandır” nişanı kəsişmədən sonra qoyulsun ki, cərimə olunanların sayı da azalsın”.

Daha ətraflı süjetdə:

Bakıda sürücüləri çaşdıran yol nişanı – Necə olmalıdır?







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More