Afflekin keçmiş həyat yoldaşı Qarner onun Lopeslə münasibətindən narazılıq etdi

Hollivud ulduzu Cennifer Qarner keçmiş həyat yoldaşı Ben Afflekin Cennifer Lopeslə ünsiyyətindən narazılığını bildirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “In Touch Weekly” nəşri mənbəyə istinadən məlumat verib.

Bildirilir ki, Afflek Lopeslə söhbətlərində kifayət qədər kobud və deyingən davranır ki, bu da Qarneri qətiyyən qane etmir.

Qarner hesab edir ki, 49 yaşlı aktyor artıq yetkinləşməli və Lopesə qarşı daha mehriban olmalıdır. Aktrisa hesab edir ki, o, müğənniyə qarşı eqoist və nankor davranır.

Mənbə açıqlayıb ki, Qarner xüsusilə Lopesin boşanmaya baxmayaraq, Afflekin uşaqları ilə əlaqələri davam etdirməsinə heyranlığını vurğulayıb. Afflek isə Lopesin musiqiçi Mark Entoni ilə nikahından olan 13 yaşlı əkiz övladları Maks və Emma ilə ünsiyyətdən imtina edir.

“Lopes sözünü tutdu və uşaqların həyatında iştirak etməyə davam etdi, lakin Ben onun əkizləri üçün eyni şeyi etmədi. Cen (Qarner) onu danlayıb və səylərini artırmağa çağırıb”, – deyə mənbə bildirib.

Xatırladaq ki, boşanandan sonra dostluq münasibətlərini qoruyan Cennifer Qarner və Ben Afflekin üç övladı var: 15 yaşlı Vayolet, 12 yaşlı Serafina və 9 yaşlı Samuel.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More