ÇL: “Real”dan darmadağın, “Bavariya”dan sürpriz nəticə

UEFA Çempionlar Liqasının liqa mərhələsində VII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə “Real Madrid” “Zalsburq”u sınağa çəkib.

Rəqibin qapısından 5 qol keçirən kral klubu öz qapısında cəmi bir top görüb – 5:1.

Turun maraqlı qarşılaşmalarından biri Niderlandda baş tutub. “Feyenoord” “Bavariya”nı qəbul edib. Görüş gözlənilməz nəticə ilə başa çatıb. Belə ki, almanlar meydan sahiblərinə 3:0 hesabı ilə məğlub olublar.

“Arsenal” Londonda “Dinamo Zaqreb”in qapısından 3 cavabsız top keçirib – 3:0. Görüşdə hesabı artıq 2-ci dəqiqədə açan “topçular” son nöqtəni 90+1-ci dəqiqidə qoyublar.

Digər matçlarda “Sparta Praqa”nın qonağı olan “İnter” minimal hesabla qələbə qazanıb – 0:1. Eyni hesabla “Milan” “Jirona”dan, “Seltik” “Yanq Boyz”dan üstün olub.

“Şaxtyor Donetsk” isə “Brest”i 2:0 hesabı ilə məğlub edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More