Qorxunc əlamət: Meksika çimərliyində “Qiyamət günü balığı” tapıldı

Meksikada sahildə fəlakət xəbərçisi hesab edilən siyənək kralı tapılıb.

Oxu.Az-ın “Daily Mail”ə istinadla verdiyi məlumata görə, xalq arasında “Qiyamət günü balığı” kimi tanınan dərin su məxluqu kurort şəhəri Cabo San Lukasdakı ictimai çimərlikdə sörfçülər tərəfindən tapılıb.

Gənclər balığın quyruğunun bir hissəsi olmasa da, hələ də canlı olduğunu aşkar ediblər. Ehtimal olunur ki, siyənək kralı başqa bir dəniz yırtıcısı ilə döyüşdə zərər görüb. Sörfçülər balığı yenidən dənizə qaytarıblar.

Siyənək kralı dünya okeanının ən sirli balıqlarından biridir. 900 metrdən dərinlikdə yaşayan bu ilanabənzər varlıq 11 metr uzunluğa çata bilər.

Tarixçilər və alimlər qeyd edirlər ki, siyənək kralının su səthində görünməsi tez-tez böyük təbii fəlakətlərlə üst-üstə düşüb. Meksikalılar bu balıq çıxanda sunami təhlükəsinin yaxın olduğunu bildiriblər. 2011-ci ildə Yaponiyadakı dağıdıcı zəlzələdən əvvəl də bu balıq ölkənin sahillərində tapılmışdı.

Lakin “Qiyamət günü balığı” ilə fəlakətlər arasında birbaşa əlaqə hələ elmi cəhətdən sübut edilməyib.

Qorxunc əlamət: Meksika çimərliyində “Qiyamət günü balığı” tapıldı





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More