“Neftçi”nin yetirməsi İtaliya klubu ilə müqavilə imzaladı

“Neftçi”nin yetirməsi Lorentso Mezzotero “Sampdoriya” ilə müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bunadək İtaliya klubunun U-17 komandasında çıxış edən hücumçu U-19-un formasını geyinəcək.

Ötən ilin yayında “Marset” akademiyasından Genuya klubuna keçən 16 yaşlı hücumçu ümidləri doğrulda bilib. Bu üzdən də Lorentso U-19 komandasına keçib.

Qeyd edək ki, atası Azərbaycanda çalışdığı illərdə “Neftçi”nin aşağı yaş komandalarında çıxış edən, 2020-ci ildə ölkəmizi tərk edən hücumçu dəfələrlə müxtəlif yarışların bombardiri və mükafatçısı olub



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More