Ermənistanın Xarici Kəşfiyyat Xidməti İrəvanın cari ildə KTMT-dəki iştirakının bərpasına dair proqnoz verib.
Oxu.Az xəbər verir ki, məlumat Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında dərc edilib.
Qurum hesab edir ki, Ermənistanın 2024-cü ildə qəbul etdiyi KTMT-dəki iştirakının dondurulması üçün əsasların 2025-ci ildə də aradan qalxması ehtimalı azdır.