Mark Libbidən Amerikaya getmək üçün xahiş etmək istəyən şəxs həbs olundu

Səlahiyyət müddəti başa çatmış ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ilə görüşmək istəyən şəxs həbs edilib.

Oxu.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib.

Polis əməkdaşları K.H.-yə yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi okeanın o tayına getmək istəyi olub:

“Səfirdən mənə ABŞ-yə getməyə kömək etməsini istəyəcəkdim”.

Məhkəmənin qərarı ilə, K.H. 15 gün müddətinə inzibati qaydada həbs edilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More