Türkan qəsəbəsinin girişindəki peyin yığını nə vaxt təmizlənəcək?

Türkan qəsəbəsinin girişində, mərkəzi yoldan 200 metr aralıda yaranan antisanitar vəziyyət sakinlərin narahatlığına səbəb olub. Sakinlərin şikayətində bildirilir ki, qəsəbədə sıx yaşayışın olduğu ərazidə yaradılan fermadan ətrafa peyin boşaldılır.

Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xəzər rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, ferma sahibi mal-qara tullantılarını tezliklə ərazidən təmizləyəcək:

“Əməkdaşlarımız tərəfindən Türkan qəsəbəsi, 100 Türkan küçəsi, 11-ci döngədə ferma yerləşən əraziyə baxış keçirilib. Məlum olub ki, iribuynuzlu heyvanlar saxlanılan ferma Abşeron Suvarma Kanalının kənarında fəaliyyət göstərir, heyvanların tullantıları kanalın ətrafına və yolun ortasına yığılır. Ətrafda antisanitariya vəziyyəti yarandığından və kəskin pis qoxu gəldiyindən əhalinin haqqlı narazılığına səbəb olub. Özünü sahib kimi təqdim edən Bəşirov Etibar fermanın həyətinə daxil olmağa və araşdırma aparmağa imkan vermədi. Əməkdaşlarımız orada olarkən peyinlə dolu maşının və yük vuran ekskavatorun fermanın həyətindən çıxdığı müşahidə olundu. Fermanın sahibi 15 baş iribuynuzlu heyvan saxladığını, mal-qaranın tullantılarını tezliklə daşıyacağını və ərazini təmizləyəcəyinu bildirib”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More