Donald Trampın çıxışından sonra neftin qiyməti azalıb

ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra “qara qızıl” kəskin şəkildə ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.

Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78.42 dollar təşkil edib ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0.58 dollar (0.73%) azdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0.72 dollar (0.95%) ucuzlaşaraq 74.72 dollar/barelə bərabər olub.

Qeyd edək ki, Trampın çıxışına qədər neft bahalaşırdı.

Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More