Həbs olunan tiktokerlər azadlığa buraxıldılar

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Sako” ləqəbli Sadiq İsmayılov və “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.

Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More