Azərbaycanda məhkum cəzaçəkmə müəssisəsində ölüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb.
Orada cəza çəkən məhkum Əhməd Əliyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 8-ci ölüm hadisəsidir.