Donald Tramp: “Zelenskinin sülh şansı var idi, amma müharibəni seçdi”

Münaqişənin həlli üzrə sülh müqaviləsi Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə istəməsi səbəbindən imzalanmayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Zelenski Ukraynadan daha böyük olan Rusiya ilə gücünü sınamağa qərar verib.

Trampın fikrincə, sülh şansı olduğu üçün Ukrayna lideri bunu etməməli idi.

“Mən bu sazişi çox asanlıqla bağlaya bilərdim. Amma Zelenski qərara gəldi ki, müharibə istəyir”, – deyə Tramp bildirib.

Ağ Evin rəhbəri diqqətə çatdırıb ki, münaqişənin əvvəlində Rusiyanın təxminən 30 min tankı var idi, Ukraynanın isə demək olar ki, heç nəyi yox idi, hər şeyi Qərb ölkələrindən alıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More