Şəmkirdə dəhşətli qəzada ölən şəxslərdən daha birinin adı AÇIQLANDI

Şəmkirdə baş verən ağır qəza zamanı ölən daha bir şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, araşdırmalar zamanı qəza zamanı “Niva” markalı avtomobildə ölən digər şəxsin Şəmkir rayon sakini, 28 yaşlı Babək Hüseynov olması müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şəmkirdə baş verən ağır qəzanın yeni detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində saat 23:00-da baş verib.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparıblar.

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına daxil olub, qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb, VAZ-2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” ilə VAZ-2106 markalı minik maşınları toqquşub.

Qəza zamanı beş nəfər ölüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More