Pedri “Barselona” ilə bağlı qərarını verdi

22 yaşlı yarımmüdafiəçi Pedri “Barselona” ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

İspan futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Məlumata görə, yeni müqavilənin yekun detalları yaxın vaxtlarda razılaşdırılacaq. Hazırda əmək müqaviləsinin rəsmi imzalanma tarixi müəyyən edilməyib.

Xatırladaq ki, Pedri 2020-ci ilin yayından “Barselona”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 174 matçda iştirak edib, 24 qol vurub, 17 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More