Simone İnzaqi İtaliya A seriyasında rekorda imza atıb

Simone İnzaqi İtaliya A seriyasında 200 qələbə sayına ən tez çatan baş məşqçi adına yiyələnib.

Oxu.Az xəbər verir ki, “İnter”in 48 yaşlı baş məşqçisi Simone İnzaqi 200-cü qələbəsini 332-ci matçında – “Leççe” ilə oyunda (4:0) qazanıb.

Bundan əvvəlki rekord 338 matçda 200 qələbə qazanan Massimiliano Alleqriyə məxsus idi.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More