UEFA Avropa Liqasında sonuncu oyun üçün Yunanıstana yollanacaq “Qarabağ”ın səfər proqramı bəlli olub

UEFA Avropa Liqasının Liqa mərhələsinin matçında Yunanıstanda yerli “Olimpiakos” klubu ilə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə Afinaya yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.

“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu yanvarın 30-dan 31-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More