Juninyo “Flamenqo”dakı ilk çıxışını dəyərləndirib

“Flamenqo” forması ilə debüt oyununa çıxan Olavio Juninyo performansı barədə danışıb.

Oxu.Az xəbər verir ki, komandada ilk rəsmi matçına çıxan 28 yaşlı hücumçu debütü ilə bağlı fikirlərini bölüşüb.

“Səhv etmirəmsə, cəmi dörd məşqdə iştirak etmişəm. Komanda yoldaşlarıma yavaş-yavaş uyğunlaşıram. Kollektivdə çox keyfiyyətli futbolçular var. Yalnız onu deyə bilərəm ki, arzularımdan birini gerçəkləşdirmişəm”.

Qeyd edək ki, Juninyo “Carioca – Taca Guanabara” turnirində “Volta Redonda” ilə matçda meydana çıxıb. Forvard 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Qarşılaşma “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More