Ağcabədidə ödəmə terminalından 10 min manat oğurlanıb

Ağcabədidə ödəmə terminalından oğurluq edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub. Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb. Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More