Avropada Azərbaycana qarşı bitməyən qərəz – AŞPA-nın qış sessiyasından gözləntilər

“Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı təxribatçı çıxışlar hazırlanır”.

Bunu hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV-yə AŞPA-nın qış sessiyasından gözləntiləri ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, sessiya çərçivəsində Yaxın Şərqdəki vəziyyət, Qəzza zolağındakı böhran və Gürcüstanda keçirilmiş parlament seçkisinin nəticələri ilə bağlı müzakirələrin baş tutacağı gözlənilir.

“Avropa Şurasının üzvü olan ölkələrdə insan haqları, demokratiya kimi məsələlər gündəliyə salınıb. Lakin artıq Azərbaycana qarşı bəzi çıxışların hazırlandığı ilə bağlı xəbərlər gəlir. Belə ki, ötən ilin yanvarında Azərbaycanın AŞPA-dan uzaqlaşdırılması ilə bağlı təşəbbüslə çıxış edən Frank Şvabenin fikri dəstəkləndi və həmin müddət bu gün bitir. Əslində, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bərpa olunmalı idi. Amma görünən odur ki, ölkəmizin növbəti 12 ay müddətinə AŞPA-dakı fəaliyyətinin dondurulması ilə əlaqədar təşəbbüslər hazırlanır”, – deyə Ə.Şahidov əlavə edib.

Ətraflı süjetdə:

Avropada Azərbaycana qarşı bitməyən qərəz – AŞPA-nın qış sessiyasından gözləntilər





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More