İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının Qərb sahilinin şimalındakı Tulkarm qəsəbəsində antiterror əməliyyatına başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, əməliyyatda SAXAL-ın bölmələri və İsrail Sərhəd Polisi qüvvələri iştirak edir.

SAXAL Fələstinin radikal HƏMAS hərəkatının səhra komandiri Əhəd Əbu Ativinin İordan çayının Qərb sahilindəki Tulkarm şəhərində hava hücumu nəticəsində məhv edildiyini bildirib. Əbu Ativi ilə yanaşı daha bir silahlı məhv edilib.

Xatırladaq ki, yanvarın 21-də İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının Qərb sahilinin şimalında, “Dəmir divar” adlandırılan Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığı bildirilirdi.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More