Afrika Millətlər Kubokunun püşkatma mərasimi keçirilib

Bu ilin sonunda Mərakeşdə reallaşacaq Afrika Millətlər Kubokunun püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir sözügedən ölkənin paytaxtı Rabatda baş tutub.

Ev sahiblərinə A qrupunda Mali, Zambiya və Komor adaları rəqib olub. Turnirin son qalibi Fil Dişi Sahili isə F qrupunda Qabon, Kamerun və Mozambiklə yarışacaq.

Turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək keçiriləcək.

A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları;

B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve;

C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;

D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana;

E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan;

F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More