Avropa İttifaqının “müşahidəçilər”i sərhəddə yenidən fəallaşıblar

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən “müşahidə missiyası” Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.

Oxu.Az bu barədə “Report”a istinadən xəbər verir.

Görüntülərdən aydın olur ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin “müşahidə missiyası”na məxsus maşın karvanı sərhədə doğru irəliləyir. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Görüntüləri təqdim edirik:

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More