Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdi

Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədə davam edən etirazlar fonunda istefa verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Veçerne novosti” qəzeti məlumat verib.

Qeyd edək ki, Serbiyada etirazlar noyabr ayından bəri davam edir. Etirazlar Novi-Sad dəmiryol vağzalında tavanın uçması və nəticədə 15 nəfərin həyatını itirməsindən sonra başlayıb. Etirazçılar Vuçeviç, Serbiya Prezidenti Aleksandr Vuçiç və şəhər merinin istefasını tələb ediblər.

Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verəcəyini bəyan edib.

Bu barədə Oxu.Az “Ura.ru”ya istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə tələbələrin etirazları fonunda qəbul edilib.

Bildirilir ki, Miloş Vuçeviç yerli vaxtla səhər saat 11-də (Bakı vaxtı ilə 14:00-da) növbədənkənar mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, dünəndən etibarən Serbiyanın paytaxtı Belqradda tələbələr etiraz aksiyasına başlayıblar. Onlar Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Autokomandanın qarşısına toplaşaraq yolları bağlayıblar.

Tələbələr ötən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə bağlı bütün tələblərin yerinə yetirilməsini istəyirlər. Etirazlara ölkədəki fermerlər də qoşulublar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More