Binəqədidə içməli su yola axıdılır – ŞİKAYƏT

Bakı sakini “Facebook” platformasında Binəqədi rayonu “Motodrom” yaşayış massivində içməli suyun israfı ilə bağlı paylaşım edib. O bildirib ki, üç gündür içməli su yola axıdılır.

Vətəndaş qeyd edib ki, bununla bağlı aidiyyəti quruma müraciət edilsə də, reaksiya verilməyib.

Sözügedən görüntünü təqdim edirik:

Məsələ ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) sorğu ünvanlayıb.

Qurumdan cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda su xəttində axıntı baş verib:

“Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir. Axıntının qarşısının alınması və borunun bərpası istiqamətində işlər görülür”.

Aləmdə Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More