2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4 milyard 828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2 milyard 771,1 milyon manatı istifadə olunub.