Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində parakarate komitəsi yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AKF-nin bu gün keçirilən ümumi yığıncağında məlumat verilib.
Renat Əliyev komitənin sədri seçilib. Həmçinin Azərbaycan Karate Federasiyasının Hakimləri Komitəsində yeni təyinat olub. Komitəyə Cahangir Babayev gətirilib.