Bakıda yaşayış binasının istilik sistemi DAYANDIRILDI

Bakının Xətai rayonu, Gəncə prospekti, 39 ünvanında yaşayan sakinlər günlərdir ki, evlərinə istilik verilmədiyini bildirirlər. Səbəb kimi isə sakinlərin borcunun olduğu göstərilir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, həmin ünvanda 176 mənzil var. Orada cəmi 6-8 mənzil daimi ödəniş edir. 83 mənzil isə ümumiyyətlə ödəniş etməyib.

Onun sözlərinə görə, qazanxanaların işləməsi üçün xərc çəkilir. Həmin binada hissəli də olsa ödəniş olunmalıdır ki, istilik bərpa olunsun.

Ətraflı süjetdə:

Bakıda yaşayış binasının istilik sistemi DAYANDIRILDI







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More