Məşhur tennisçi əlil arabasında görüntüləndi

Rusiyalı keçmiş tennisçi Anna Kurnikova iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Qəzet Mayamidəki “Bal Harbor” ticarət mərkəzində 43 yaşlı keçmiş tennisçinin bir neçə fotoşəkilini dərc edib. Kurnikova sağ ayağında ortopedik çəkmə ilə əlil arabasında olub.

Kurnikovanı iki qızı – yeddi yaşlı Lüsi və dörd yaşlı Mariya, eləcə də bir neçə dostu müşayiət edib.

Xatırladaq ki, Kurnikova 2001-ci ildən ispan müğənni Enrike İqlesias ilə münasibətdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More