Yaponiyada səlahiyyətlilər bir milyondan çox sakini kanalizasiyadan istifadə etməməyə çağırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Nikkei” məlumat verib.
Bildirilir ki, hökumət 12 bələdiyyənin sakinlərinə müraciət edib.
Səbəb kimi yolun çökməsi göstərilib.
Qeyd olunur ki, Yaponiyada hər il kanalizasiya borularının partlaması səbəbindən yollarda 2,6 mindən çox çökmə baş verir, buna görə də texniki xidmət və idarəetmə problemə çevrilib.