Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: “Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir”

Yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib.

Görüşün yekunlarına dair Ankara Bəyannaməsi imzalanıb. Türkiyəli hərbi ekspert Yücel Karauz Baku TV-yə açıqlamasında bildirib ki, bu bəyannamə son 5 ildə türk dövlətləri arasında imzalanmış ən önəmli sənədlərdən biridir.

“Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir. Zəngəzur və Qarabağa verilən dəstəyin yenilənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində alınan qərarların həyata keçirilməsi mühüm inkişafdır”, – deyə o söyləyib.

Ekspertin sözlərinə görə, siyasi və mədəni fəaliyyətlərlə yanaşı, iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafı da olduqca önəmlidir:

“Bu istiqamətdə irəliləyiş əldə olunması üçün sənaye, kənd təsərrüfatı, innovasiya və rəqəmsallaşdırma sahələrinin əhəmiyyətinin vurğulanması Ankara Bəyannaməsini daha önəmli edir”.

Ətraflı süjetdə:

Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi: “Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir”





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More