Avropa Liqası: “Qalatasaray” və “Fənərbağça” pley-offda, “Beşiktaş” turniri tərk etdi

UEFA Avropa Liqasında liqa mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, 1/8 finala birbaşa vəsiqə qazanmaq şansı olan “Qalatasaray” fürsəti əldən verib.

“Cim-bom” səfərdə “Ayaks”a uduzaraq pley-offa vəsiqə ilə kifayətlənib – 2:1.

Yarışın yekun cədvəlində “aslanlar” 13 xalla 14-cü olublar.

Türkiyə təmsilçilərindən “Fənərbağça” “Midtülland”la 2:2 hesablı heç-heçə ilə turnir cədvəlində 24-cü komanda kimi adını pley-offa yazdırıb.

“Beşiktaş” isə səfərdə “Tvente”yə minimal hesabla məğlub olaraq yarışla vidalaşıb – 1:0.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More