“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rövşən Süleymanzadə bir neçə dəfə saxlanılaraq həbs edilib. Ötən ilin noyabrında o, 45 sutka həbs almışdı. Yanvarın ikinci ongünlüyündə həbs müddəti bitdiyi üçün azadlığa buraxılan R.Süleymanov ayın 24-də polis bölməsinə aparılıb. Dörd gün sonra tiktoker canlı yayım açaraq, sərbəst buraxıldığını göstərib.