“Şirin Baba” obrazını səsləndirən məşhur aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru və səsləndirmə ustası 79 yaşlı Sezai Altekin dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “Milliyet” məlumat verib.

Sezai Altekinin səsi bir çox məşhur cizgi filmlərində müxtəlif obrazlara həyat verib. Xüsusilə “Şirin Baba”, “Bugs Bunny” və “Barni Rubble” kimi populyar personajların türk dilində səsləndirilməsi ilə aktyor geniş tamaşaçı auditoriyasının yaddaşında qalıb.

Aktyorun sənət həyatı boyunca teatr səhnəsində də böyük nailiyyətləri olub. O, müxtəlif tamaşalarda fərqli rollarda çıxış edərək teatrsevərlərin rəğbətini qazanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More