Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı

İrlandiyalı MMA (qarışıq döyüş növləri) idmançısı Konor Makqreqor sosial şəbəkədə rusiyalı Həbib Nurməhəmmədovu döyüşə çağırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən”, – o yazıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More