Argentinada turistlər iri aysberqin çevrilməsini görüntüləyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə “AccuWeather” portalı məlumat verib.
Videonun Los Qlasiares Milli Parkında çəkildiyi güman edilir. Los Qlasiares Milli Parkının 30%-i buzla örtülüdür.
Videonun fraqmenti portalın sosial şəbəkələrdəki səhifəsində paylaşılıb.
Aysberqin qırılması nadir fenomendir. Əgər parçanın ağırlıq mərkəzi kifayət qədər yüksəkdə yerləşirsə, o, hətta aysberqi çevirə də bilər.