Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə yenidən məhdudiyyət qoyulub

Nizami rayonu, Babək prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayılıb.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.

Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.

Qeyd edək ki, dünən də Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More