Həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb

“Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku start götürüb.

Oxu.Az xəbər verir ki, yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Yarışda müxtəlif yaş kateqoriyasında olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də böyüklər arasında davam edəcək.

Daha çox foto burada: PhotoStock.az



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More