“Milan”ın hücumçusu Alvaro Morata “Qalatasaray”a keçid edir

İtaliyanın “Milan” futbol klubunun hücumçusu Alvaro Morata Türkiyənin “Qalatasaray” klubuna keçəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, bu, müqavilənin bir il müddətinə uzadılması opsiyası və satınalma imkanı əsasında icarə olacaq.

Klublar artıq transferlə bağlı razılığa gəliblər. İndi 32 yaşlı ispaniyalı bütün sənədləri yoxlanıldıqdan sonra İstanbula gedəcək.

Qeyd edək ki, Morata ötən yay “Atletiko Madrid”dən İtaliya nəhənginə keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2024-cü ilin yayında keçirilən Avropa çempionatında Morata İspaniya millisinin heyətində turnirin qalibi olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More